QR kodu

AzVikinin QR kodu
Hamının redaktə edə biləcəyi açıq ensiklopediya olan Vikipediyaya xoş gəlmişsiniz" — mətnin QR kodu

QR kodu (ing. Quick Response code"Tez cavab") — ştrix kodların növlərindən biri. "Quick Response" ("tez cavab") sözlərinin abreviaturasıdır. 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş matrisli kod (ikiölçülü barkod). Yaponiyada böyük populyarlıq qazanmış barkodun (BAR CODE) getdikcə tələbatı ödəməməsi, yəni onun vasitəsilə kodlaşdırılan informasiyanın həcminin məhdud olması səbəbindən yaranıb. Bir QR koduna 7089 rəqəm, 4296 işarə (rəqəm və hərf), 1817 heroqlif yerləşdirmək mümkündür.


Developed by StudentB